ABŞ sərhədçiləri Birləşmiş Ştatların prezidenti Donald Trampa zəhərli bağlama göndərən şəxsi yaxalayıblar.
Bu barədə hüquq-mühafizə orqanlarına istinadən NBC telekanalı bildirib.
Qeyd edilir ki, ölümlə nəticələnə biləcək zəhəri göndərən kişi Kanadadan ABŞ-a gəlmək istəyən zaman saxlanılıb.
Polis hələ cinayətkarın şəxsiyyətini açıqlamayıb. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.
Daha əvvəl şənbə günü – sentyabrın 19-da Ağ Evə, Donald Trampın ünvanına zəhərli bağlama göndərilib, ancaq bağlama yoxlama məntəqəsində zərərsizləşdirilib.