-1 C
Baku
Sunday, December 15, 2024

Trampın adanı almaq istəyi xaricilərin marağını artırıb – Mənzillər sürətlə satılıb

Donald Trampın Qrenlandiyanı almaq istəyi adada daşınmaz əmlak bazarına təsir göstərib

ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyi adada danışmaz əmlak bazarına təsir göstərib.

Banker.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” məlumat verib.

Məsələn, nəşrin həmsöhbətlərindən biri olan Lars Pedersen bu yay mənzilini sataraq, 44 200 əlavə qazanc əldə edib. “Bazar həqiqətən də dəli olub. Burada yaşayış yerlərinin çatışmazlığı böyükdür. Satılası nəyiniz varsa, satılacaq”, – deyə sakin bildirir.

Qrenlandiyanın paytaxtı olan Nuuka şəhəri də istisna deyil. Qeyd edək ki, şəhərin orta hesabla cəmi 18 min sakini var. Qiymətlə daha da qalxa bilər: Trampın adanı almaq istəyi, adanı ziyarət etmək və ya burada ev almaq istəyən xaricilərin marağını artırıb. “Mənzillər sürətlə satılır, tələb təklifi üstələyir”, – deyə adada daşınmaz əmlak agentliyinin sahibkarı Larserak Egede qeyd edir. Onun qiymətləndirmələrinə görə, son beş ildə Qrenlandiyada qiymətlərdə 5-10%-lik artım müşahidə olunur.

 Qrenlandiyada ev tikmək istəyirsinizsə, munisipaletitdən icazə almalısınız. Hökumət istəsə evi əlinizdən ala bilər, lakin belə hallar nadir baş verir. Paytaxtda olan evlər arasında asar yoxdur, mənzillərin əksəriyyəti isə çoxotaqlıdır. “Nuukada mənzil qiymətləri həddini aşıb”, – deyə şəhər sakinlərindən biri yerli qəzetə bildirib.

Nuuka şəhərində ən bahalı evin qiyməti 589 000 dollar təşkil edir. 2018-ci ildə Nuukada 1,25 milyon dollara ev satılmışdı. Bu, sahəsi 362 kmtəşkil edirdi. Qalxma təkcə paytaxtda deyil, həmçinin adanın digər iri şəhərlərində də qeydə alınıb.

Qeyd edək ki, adada cəmi 56 min insan yaşayır. Qrenlandiya ərazisinin əksər hissəsi buz altındadır, buna görə də əhalinin problemlərindən biri də nəqliyyatdır. “Bizdən tez-tez soruşurlar ki, burada avtomobil icarəyə götürmək olarmı? Belə ki, adada ən uzun avtomobil yolu 6-7 km-dir”, – deyə turizm şirkətinin rəhbəri Kasper Trolshaard bildirir.

Xatırladaq ki, Donald Trampın Qrenlandiyanı 600 milyon dollara almaq istəyi haqqında avqust ayında “Washington Post” məlumat vermişdir. Kopenhagen buna cavab olaraq ərazilərin satışı ilə məşğul olmadığını bildirib. Bu bəyanatdan sonra Tramp Danimarkaya səfərini ləğv edib.

Son xəbərlər
Digər xəbərlər