8 C
Baku
Tuesday, March 19, 2024

Trampın dünyanın ən böyük adasına “gözü düşüb”

ABŞ prezidenti Donald Tramp dünyada ən böyük ada olan Qrenlandiyanı almaq niyyətindədir.

Bu haqda Wall Street Journal Ağ Evdəki etibarlı mənbələrə istinadən yazır.

Bildirilir ki, Tramp müşavirlərindən ABŞ-ın Daniyadan adanı almaq imkanını dəfələrlə soruşub və bu məsələni müzakirə edib. Qrenlandiyanın geostrateji vəziyyəti, təbii ehtiyatları və ABŞ-ın Arktikada hərbi iştirakının genişləndirilməsi əsas müzakirə mövzuları olub.

Prezident Ağ Evin hüquqşünasından bu alqı-satqı haqda rəy bildirməyi xahiş edib.

Vaşinqtonun Qrenlandiyanı almaq cəhdi ilk dəfə deyil. ABŞ-ın Dövlət Departamenti hələ 1867-ci ildə adanı almaq imkanını nəzərdən keçirib. İkinci Dünya Müharibəsindən sonra isə prezident Harri Trumen adaya görə Danimarkaya 100 milyon dollar təklif edib, lakin rədd cavabı alıb.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər