6 C
Baku
Sunday, December 15, 2024

“Bloomberg”: Tramp dollardan imtina edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

ABŞ-nin keçmiş prezidenti Donald Trampın müşavirləri ölkələrin dollardan istifadədən imtina etməsinin qarşısını almaq üçün tədbirləri nəzərdən keçirirlər. Xüsusilə, “ikitərəfli ticarətdə dollarsız iştirak etmək üçün yollar axtaran” ölkələrə qarşı sanksiyaların tətbiqini müzakirə edirlər, “Bloomberg” yazır.

Agentlik bildirib ki, nəzərdən keçirilən tədbirlərə ixrac nəzarəti, valyuta manipulyasiyalarında ittiham və əlavə rüsumlar daxildir. İddia olunur ki, cənab Tramp seçkidə qalib gələrsə, onun komandası elan edilmiş tədbirləri dedollarizasiya ilə məşğul olan BRICS üzvlərinə qarşı yönəltməyi planlaşdırır.

Mart ayında CNBC-yə verdiyi müsahibədə Donald Tramp açıq şəkildə bildirdi ki, o, “ölkələrin dollardan imtina etməsinə nifrət edir”. “Mən ölkələrin dollardan imtina etməsinə icazə verməzdim, çünki biz bu standartı itirəndə bu, ölkəmizə zərbə olacaq”, – sabiq prezident söyləyib. O, həmçinin rəqəmsal dolların yaranmasının qarşısını alacağına söz verib.

Qeyd edək ki, BRICS təşkilatına Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika daxildir. 2023-cü ilin avqustunda keçirilən sammitdə BRICS ölkələrinin liderləri 2024-cü ilin yanvarından Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin təşkilata daxil olması barədə razılığa gəliblər.

Mart ayında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, BRICS rəqəmsal valyutalar və blokçeyn əsasında müstəqil ödəniş sistemi yaratmaq üzərində işləyir.

Son xəbərlər
Digər xəbərlər