10 C
Baku
Wednesday, December 11, 2024

Trans-Sahara qaz kəmərinin tikintisi ilə bağlı razılıq əldə olunub

Əlcəzair, Nigeriya və Niger Trans-Sahara qaz kəməri layihəsi üzrə işlərin bərpasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Bu barədə “Algeria Press Service” agentliyi xəbər verib.

Məlumata əsasən, memorandumun imzalanması Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab, Nigeriyanın neft naziri Timipre Silva və Nigerin neft, enerji və bərpa olunan enerji naziri Mahamane Sani Mahamadunun iştirak etdiyi üçtərəfli görüş zamanı baş tutub.

Uzunluğu 4 min km olan magistral kəmərin Nigeriyadan Əlcəzairə qaz nəqli üçün istifadə olunacağı güman edilir. Oradan Nigeriya qazı Əlcəzair və İtaliyanı birləşdirən Trans-Aralıq dənizi boru kəməri ilə və ya mayeləşdirilmiş təbii qaz kimi Avropaya ixrac edilə bilər.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər