Məşhur qəhvə brendi olan “Travelers Coffee Limited” şirkəti Azərbaycandakı filialını bağlayıb.
Bu barədə “APA-Economics”əVergilər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, filialın bağlanması ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami küçəsi, ev 68 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Travelers Coffee Limited” 1997-ci ildə amerikalı sahibkar Kristofer Maykl Tara-Braun tərəfindən yaradılıb.