6 C
Baku
Thursday, February 22, 2024

“Trump adası” 8,75 milyon dollara satılır

Sakit Okeanında yerləşən və 12 hektar əraziyə sahib şəxsi ada Vaşinqtondan bir neçə kilometrlik məsafədə yerləşir.

Banker.az saytının verdiyi məlumata görə, sözügedən bu ada ABŞ-ın cari prezidenti Donald Trumpa məxsus deyil. Eyni ad sadəcə təsadüfdür. Adanın nəyə görə belə adlandığı da sirr olaraq qalır, lakin yeni alıcı bu adı dəyişmək üçün tam hüquqa sahibdir.

Adada yerləşən ev rahat istirahət üçün bütün xüsusiyyətlərə sahibdir: 6 yataq otağı, 4 hamam otağı, mətbə, qonaq otağı, kaminlər, teatr, bar, şərab zirzəmisi. Bundan əlavə, adanın ərazisində vertolyot meydançası, yaxta və hidrotəyyarə saxlamaq üçün nəzərdə tutulmuş ərazilər var.

Adaya isə yalnızca ya kater, ya da hidrotəyyarə ilə gəlmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər