16 C
Baku
Friday, October 18, 2024

Trump-dan dollara dair siqnal: Getdikcə daha da güclənəcək

“Dollar getdikcə daha da güclü olacaq. İstəyirəm ki, dollar güclü olsun. Ölkəmiz iqtisadi və digər sahələrdə daha da güclənir”. 

TASS-a istinadən, bunu ABŞ Prezidenti Donald Tramp Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda deyib.

CNBC telekanalına müsahibə verən dövlət başçısı bildirib ki, ölkəsinin müsbət iqtisadi vəziyyəti dolların bahalaşmasına səbəb olacaq. Prezident həmçinin qeyd edib ki, jurnalistlər maliyyə naziri Stiven Mnuçinin milli valyutanın məzənnəsi barədə açıqlamasını düzgün anlamayıblar.

Xatırladaq ki, nazir yanvarın 24-də çıxışı zamanı ucuz dolların ABŞ iqtisadiyyatının maraqlarına cavab verdiyini, ticarət münasibətlərində üstünlük yaratdığını bildirib.

ABŞ prezidentinin açıqlamalarından sonra USD/EUR nisbəti 1,25-dən 1,24-ə düşüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər