Banker.az Fox News-ə istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump hazırda prezident vəzifəsində olan Barak Obamanın fərmanlarının təqribən 70%-ni ləğv etdirmək niyyətindədir.
ABŞ konqresinin eks spikeri Newt Gingrich bildirib: “Obamanın fərmanlarının təqribən 60 və yaxud 70%-inin demək olar ki, hamısı ləğv ediləcək”.
Onun sözlərinə görə, bu tədbirlər üçün bunu həyata keçirə biləcək ağıllı hüquqşünaslar və bəzi kiçik hüquqi işlər lazım gələcək.
Konqresin keçmiş rəhbəri həmçinin qeyd edib ki, o Donald Trumpın obyektiv səbəblərdən nəzərdən keçirilməyə layiq olmayan keçmiş fərmanları ləğv etməyə nail olacağına ümid edir








