Bazar ertəsi Dow Jones Industrial Average və S&P 500 indekslərində ticarət günü rekord səviyyədə bağlanmışdır. İnvestorlar, Trump siyasətinin işə düşəcəyi halda gəlir əldə edə biləcək şirkətlərin səhmlərini sürətlə almağa başlayıblar.
Banker.azın investing.com istinadən verdiyi məlumata əsasən, S&P 500 indeksində olan artımlar əsasən neft və qaz sektorunda dirçəlmə nəticəsində olub. İndekslərində artım olan şirkətlər arasında Marathon Petroleum Corporation (8.94%), Chesapeake Energy Corporation (6.99 və Range Resources Corporation (6.97%) olmuşdur.
Qeyd edək ki, bu prosesin gedişatında Dow Jones Industrial Average və S&P 500 tarixi maksimumlarını yeniləyiblər.