Yarımkeçirici istehsalçısı “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) ən böyük kapitallaşmaya malik 10 şirkət siyahısında yerini bərpa edib. “Bloomberg” qeyd edir ki, bu, 2020-ci ildən bəri ilk dəfə baş verib.
Bu, Tayvan Fond Birjasında aparılan ticarət nəticəsində TSMC-nin səhmlərinin 2.3% ucuzlaşaraq 766 Tayvan dollarına (təxminən 24.4 dollar) düşməsinə baxmayaraq baş verib. “TradingView” portalına görə, TSMC-nin kapitallaşması demək olar ki, 646.4 milyard dollar təşkil edib. Bu, 606.5 milyard dollar kapitallaşma ilə 11-ci yerə yüksələn Amerika çip istehsalçısı “Broadcom”dan çoxdur.
TSMC – “Nvidia” və “Apple” üçün əsas çip istehsalçısıdır. Fevral ayında şirkət gəlirinin 7.9% artaraq 215.79 milyard Tayvan dollarına (6.9 milyard dollar ABŞ dolları) çatdığını bildirib. O, bu rübdə güclü artıma qayıdış gözləyir, çünki tələbin bərpası əlamətləri var.