TSMC 2027-ci ildən çiplərin qiymətini 10%-dək artırmağı planlaşdırır

Dünyanın ən böyük müqavilə əsasında çip istehsalçısı olan Tayvanın TSMC şirkəti 2027-ci ildən etibarən çiplərinin qiymətini 10%-dək artırmağı planlaşdırır. Bu barədə Yaponiyanın Nikkei agentliyi adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, şirkət bununla materialların, istehsal avadanlıqlarının və xaricdə zavodların tikintisi ilə bağlı artan xərcləri kompensasiya etməyi planlaşdırır.

Nikkei qeyd edir ki, çiplərin modeli və nəsilindən asılı olaraq qiymətlər 5–10% arta bilər. Məsələn, 12 nm, 16 nm və 28 nm texnologiyaları əsasında istehsal olunan çiplərin qiymətinin 10%-dək yüksələcəyi gözlənilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər