26 C
Baku
Friday, April 19, 2024

Tübingen universiteti

Tübingen “universitet şəhəri” Almaniyanın cənub-qərbində yerləşir və qədimliyinə görə Heidelberg universitetindən sonra ikinci pillədə yer alıb. Bu şəhərin adı ilk olaraq 1078-ci ildən başlayaraq çəkilməyə başlanılıb.

Tübingen universitetinin əsası 1477-ci ildə Vyurtemberq qrafı V Eberhard tərəfindən qoyulub. Universitetin fəaliyyət göstərdiyi ilk 10 illik ərzində burada Martin Lüterin dostu, məşhur alman humanist Filipp Melanhton, həmçinin Johann Reuchlin, Gabriel Biel və Heinrich Bebel kimi məşhur alimlər tədris fəaliyyəti ilə məşğul olmuşlar.

Nizamnaməyə əsasən, 1831-ci ildən buranı universitet senatı tərəfindən seçilmiş rektor idarə edir. 1977-ci ildə universitet özünün 500 illik yubileyini qeyd etmişdi.

Universitetin əsas fakultələri tibb və ictimai elmlərdir. Bundan əlavə, universitetin alimləri özünün liberal xristian ruhaniliyi ilə fərqlənir.

Tələbələr şəhər əhalisinin ¼ hissəsini təşkil edir. Onların sayı təqribən 24 mindir. Universitet beynəlxalq tələbə və müəllim mübadiləsi proqramlarında göstərdiyi fəallığı ilə də seçilir. Bu zaman mübadilə dünyanın 35 ölkəsinin 120 universiteti ilə həyata keçirilir.

Universitetdə 14 fakultə (protestan ilahiyyatı, katolik ilahiyyatı, hüquq, iqtisadiyyat və biznes, tibb, fəlsəfə və tarix, psixologiya, müasir dillər, incəsənət, fizika və riyaziyyat, kimya və farmakologiya, biologiya, Yer haqqında elm, informatika) və 80 akademik proqram mövcuddur. Universitetin müəllim heyəti isə 3000-dən və  450 professordan çoxdur.

Son xəbərlər
Digər xəbərlər