Tural Piriyevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Banker.az bu barədə sərəncama istinadən xəbər verir.
Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilsin
Qeyd edək ki, bu vəzifədə 2017-ci ildən bu tərəfə Vüqar Rafik oğlu Abdullayev idi.