ADIF-in yeni təyin olan direktoru kimdir?

Tural Piriyev

BANKER.AZ / 14 may 2020-ci il tarixli Prezident İlham Əliyevin sərəncamı ilə Tural Q. Piriyev Əmanətlərin Sığortalanması Fondunun (ADIF) İcraçı direktoru təyin edilib.

Tural Piriyev  2016-ci ildən bu günə qədər “PAŞA Holdinq” MMC-nin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri idi. O, həmçinin  2018-ci ildən “PD Turizm ve Gayrimenkul A.Ş.” şirkəti İdarə Heyətinin müavini kimi çalışır. “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” və “Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” kimi şirkətlərin idarə heyətində üzv olub.

T.Piriyev həmçinin bank sektorunda da çalışıb. Belə ki, o, 2012-2014-cü illərdə “Kapital Bank” ASC-də Audit Komitəsi üzvü olub, Hüquq Departamentinin direktoru kimi də çalışıb.

Bundan əlavə “PAŞA Həyat” Sığorta Şirkəti və “Ata Bank” ASC-də (ləğv edilib) çalışıb.