11 C
Baku
Wednesday, December 11, 2024

“Turanbank” əmanət faizlərini kəskin azaldıb

“Turanbank” ASC Azərbaycan manatı, ABŞ dolları və avro ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini kəskin azaldıb.

Bu barədə mənbə Bankın rəsmi internet səhifəsinə istinadən xəbər verir.

Məsələn, hazırda “Turanbank”da 3 il müddətinə, milli valyutada yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 12,5-12,9% divident ödənilir. Halbuki, indiyə qədər illik gəlirlilik 18-19% olub.

Bank 3 il müddətinə Amerika valyutası ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini 6-6,5%-dən 3-3,25%-ə, 3 il müddətinə Avropa valyutası ilə yerləşdirilən əmanətlərin illik gəlirliliyini isə 3-3,5%-dən 1,25-1,5%-ə endirib.

Xatırladaq ki, “Turanbank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər