9 C
Baku
Thursday, December 26, 2024

TuranBank “ASAN Məktub” la birgə uşaqların arzularını gerçəkləşdirib

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank “ASAN Məktub” layihəsi çərçivəsində növbəti xeyriyyə aksiyasına imza ataraq aztəminatlı ailələrin, o cümlədən şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib. 

5 3 scaled

Layihə çərçivəsində bank əməkdaşları ASAN Könüllülərlə birlikdə “ASAN Məktub” vasitəsilə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim etmişdir. Adıçəkilən sosial layihə çərçivəsində Bank Sumqayıt şəhəri və Balakən rayonunun kəndlərinin kiçik sakinlərini sevindirmişdir.

4 4 scaled

Məlumat üçün qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bankımız hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan Bankımız ASAN Könüllülər və “YAŞAT” Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.

7 2 8 1 9 1 10 1 11 scaled 1 4 2 3 3 2

TuranBank həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələrini, həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını bundan sonra da davam etdirəcək.

 TuranBank

Bizimlə etibarlıdır…

ТуранБанк совместно с

Son xəbərlər
Digər xəbərlər