8 C
Baku
Thursday, December 12, 2024

TuranBank kredit cəlb edib

TuranBank Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi məqsədilə responsAbility Investment AGdən 2 milyon dollar həcmində vəsait cəlb etmişdir

Bank və responsAbility Investment AG arasında Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsini (KOS) genişləndimək məqsədilə 3 il müddətinə 2 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır. Kredit Bankın maliyyə mənbələrini diversifikasiya etməklə KOS üçün uzunmüddətli və ucuz maliyyələşmə imkanları yaradacaq.

responsAbility Investments AG sərmayələrin inkişafı üzrə ixtisaslaşmış aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərdən biridir. Şirkət İsveçrənin maliyyə institutlarına məxsusdur. responsAbility hazırda dünyanın 93 dövlətində 535 şirkətə yatırılmış və ümumi məbləği 2,9 mlrd. ABŞ dolları həcmində olan aktivlərə malikdir. 2003-cü ildə əsası qoyulmuş şirkətin baş ofisi Sürix şəhərində və Honq Konq, Lima, Luksemburq, Mumbai, Nayrobi, Oslo, Paris və Banqkok şəhərlərində isə yerli ofisləri yerləşir.

Son xəbərlər
Digər xəbərlər