TuranBank manatda olan “Sirlər Xəzinəsi Əmanəti”nin faizlərini yüksəldib.
Banker.az bu barədə banka istinadən xəbər verir.
Qeyd edək ki, bu əmanət bankda 0 – 500 000 AZN standart və ONLINE əmanət olmaqla 2 fərqli faiz dərəcələri ilə təklif olunur.
12-18 aylıq manat əmanəti (0 – 500 000 AZN standart) üçün aylıq hesablanan faiz 9.5%-dən 10%-ə, müddətin sonunda hesablanan isə 10%-dən 10.5%-ə yüksəldilib. Analoji müddətdəki manatda olan ONLINE əmanətdə isə aylıq faizlər 10%-dən 10.5%-ə, müddətin sonunda 10.5%-dən 11%-ə qədər artırılıb.
Qeyd edək ki, TuranBankda manat əmanətini 6-36 ay müddətində yerləşdirmək mümkündür.