“TuranBank” Açq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaq 15 iyul 2026-cı il tarixdə, saat 15:00-da bankın Baş Ofisində – Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 85 ünvanında baş tutacaq.
Bankdan verilən məlumata görə, iclasın gündəliyinə aşağıdakı mühüm məsələlərin müzakirəsi daxil edilib:
-
“TuranBank” ASC-nin 2025-ci il üzrə fəaliyyəti ilə bağlı müzakirə;
-
Bankın 2025-ci il üzrə fəaliyyəti barədə kənar auditin hesabatının müzakirəsi;
-
Digər cari məsələlər.






