TuranBankda idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində yeni vəzifə təyinatları olmuşdur. Belə ki, Bəxtiyar Məmmədov İnformasiya Tехnologiyaları üzrə, Emil Mürsəlov isə Satış üzrə Baş direktor vəzifələrinə təyin olunub. Bu xəbəri Banker.az-a Bankın Mətbuat Xidməti məlumat verib.
Qeyd edək ki, Bəxtiyar Məmmədov 2005-ci, Emil Mürsəlov isə 2008-ci ildən etibarən TuranBankda öz əmək fəaliyyətlərinə başlayıblar. Yeni təyinatlaradək Bəxtiyar Məmmədov Bankın İnformasiya Texnologiyaları departamentinin, Emil Mürsəlov isə Marketinq və Satış departamentinin direktoru vəzifəsində çalışmışdır.