12 C
Baku
Wednesday, December 11, 2024

TuranBankın aktivləri 22,9% artmışdır

2014-cü ilin noyabr ayının 1-nə TuranBankın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 22,9%, ötən ilin sonu ilə müqayisədə isə 19,3% artaraq 291,5 mln. manat təşkil etmişdir. Hesabat tarixinə Bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə 19%, ötən ilin sonu ilə müqayisədə isə 23% artaraq 219,1 mln. manata çatmışdır.

Cari ilin oktyabr ayının sonuna Bankın müştəri hesabları və depozit portfeli 135,8 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 68,4 mln. manat olmuşdur. Bu göstərici 2013-cü ilin analoji dövrü ilə müqayisədə 18,8%, ötən ilin sonu ilə müqayisədə isə 11,4% artmışdır.

1 noyabr 2014-cü il tarixinə Bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artmışdır. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə isə 22%, ötən ilin sonu ilə müqayisədə isə 16% artaraq 55,7 mln. manat təşkil etmişdir.

2014-cü ilin yanvar-oktyabr ayı üzrə fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 27,253 mln. manat, xərcləri isə 20,988 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti 6,265 mln. manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər