Maliyyə rəqəmlərinə əsasən, 2015-ci ilin yanvar ayında TuranBankın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artaraq 303,5 mln. manat təşkil etmişdir. Bankın kredit portfeli isə ötən ilin yanvar ayı ilə müqayisədə 26,5% artaraq 225,6 mln. manata çatmışdır.
Cari ilin yanvar ayında Bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,5% artaraq 137,6 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 72 mln. manat olmuşdur.
31 yanvar 2015-ci il tarixinə Bankın nizamnamə kapitalı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8% artaraq 47 mln. manat, məcmu kapitalı isə 8,9% artaraq 55,8 mln. manat təşkil etmişdir.
2015-ci ilin ilk ayı üzrə fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 3,091 mln. manat, xərcləri isə 2,289 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti (vergidən əvvəlki) 802 min manat olmuşdur.