“Turanbank”ın 2019-cu ilin sentyabr ayı üzrə xalis mənfəəti 329 min manat olub. Ötən ilin analoji dövrüylə müqayisədə 5 dəfə artıb.
Banker.az bu barədə bankın 2019-cu ilin III rübü üzrə maliyyə hesabatına istinad edir.
“Turanbank”ın 2019-cu ildə cəmi aktivləri 518 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 1% artım deməkdir. Müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği isə 335,4 min manat olub. Bankın əməliyyat mənfəətinin 332 mini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.
Cari ildə bankın cəmi öhdəlikləri 443 min manat olub. Belə ki, “Turanbank”ın öhdəlikləri 2018-ci illə müqayisədə 3% azalıb.
“Turanbank”ın qeyri-faiz gəlirləri 2,688 min manat, faiz gəlirləri isə 25,493 min manat olub.
Bankın cəmi kapitalı bu ilin ilk 9 ayında 27% artaraq 74,640 min manat təşkil edib.