6 C
Baku
Sunday, December 15, 2024

“TuranBank”ın Müşahidə Şurasına müstəqil üzvlər təyin olunub

“TuranBank” ASC-nin Müşahidə Şurasına yeni müstəqil üzvlər təyin olunub.

Belə ki, Ramin Bayramov və Sədrəddin Cavadzadə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müsahibədən uğurla keçərək Bankın Müşahidə Şurasının yeni müstəqil üzvləri seçiliblər.

Məlumat üçün bildirək ki, TuranBank-ın Müşahidə Şurasının sədri Rauf Kazımov, Müşahidə Şurasının digər üzvləri isə Nazim Sadıqov və Məhəmməd Kələşovdur.

1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. “TuranBank”ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, “TuranBank”ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər