12 C
Baku
Saturday, November 23, 2024

“TuranBank”ın xalis mənfəəti 5 dəfədən çox artıb

“TuranBank” ASC bu ilin III rübünü 2 milyon 145 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 404 min manat olub ki, bu da illik müqayisədə 5.3 dəfə artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-sentyabr aylarında “TuranBank”ın gəlirləri 54 milyon 784 min manat (illik müqayisədə 59% çox), xərcləri 33 milyon 491 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il oktyabrın 1-nə “TuranBank”ın aktivləri 857 milyon 904 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 20% çoxdur. Bunun 528 milyon 811 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 21.2% böyüyüb.

DEPOZİT PORTFELİ ARTIB

Hesabat dövründə “TuranBank”ın öhdəlikləri 22.3% artaraq 767 milyon 754 min manata, o cümlədən depozit portfeli 18% arataraq 492 milyon 369 min manata, balans kapitalı 3.5% artaraq 90 milyon 150 min manata çatıb.

9

qf

t2 t3

Son xəbərlər
Digər xəbərlər