10 C
Baku
Thursday, December 12, 2024

“Turistlərin Azərbaycana gəlişində 2019-cu ilə görə 14%-lik geriləmə var”

2019-cu ilin rəqəmləri ilə müqayisədə turistlərin Azərbaycana gəlişində 14%-lik geriləmə mövcudur.

Bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 4-cü assambleyasında deyib.

K.Qasımov 2024-cü ilin ölkənin turizm sektorunda həlledici illərdən biri olacağını diqqətə çatdırıb.

“Hesab edirik ki, bu il 2019-cu ilin rekord göstəricisinə çatacağıq. Cari ilin 4 ayının gostəriciləri bunu deməyə əsas verir. Nəzərə almaq lazımdır ki, əldə olunan irəliləyişlər məhdudiyyətlər şəraitində baş verir. Bununla belə qarşıdakı illərdə turizm sektorunun inkişaf yoluna qədəm qoyacağına umidliyik”,- deyə, o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər