Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” (THY) şirkəti bu gündən İstanbul hava limanından beynəlxalq uçuşları bərpa edib.
Aviaşirkət ilk olaraq Almaniyanın Düseldorf, Munhen və Frankfurt şəhərlərinə, Böyük Britaniyanın paytaxtı Londona və Niderlandın paytaxtı Niderlanda reyslər yerinə yetirib.
İlk uçuş saat 08:20-də reallaşıb.
Xatırladaq ki, Türkiyədə koronavirus pandemiyasının (COVID-19) geniş yayılmasının qarşısını almaq üçün bu ilin aprel ayından daxili və beynəlxalq istiqamətlərdə uçuşlar dayandırılıb.