Türkiyə Hava Yolları (THY) Ukraynaya uçuşların ləğvini martın 21-dək uzadıb.
Bu barədə THY-nin rəsmi internet saytında verilən açıqlamada deyilir.
Qeyd edildiyi kimi, Ukrayna hava məkanının bağlanmasından sonra THY fevralın 24-də bu ölkəyə uçuşları ləğv edib.
Aviaşirkət, həmçinin Kişinyova (Moldova) martın 21-dək, Rostova (Rusiya) isə martın 20-dək uçuşları ləğv etdiyini açıqlayıb.