Türkiyədə ikirəqəmli inflyasiya şəraitində ultra-yumuşaq pul siyasətini dəstəkləyən Rəcəb Tayyib Ərdoğanın bazar günü keçirilən seçkilərdə qələbə qazanmasının ardından Türkiyə lirəsinin məzənnəsi bir qədər də dəyər itirdi və tarixi anti-rekordunu yenilədi.
Banker.az xəbər verir ki, lirənin məzənnəsi bazar ertəsi bir dollar üçün 20 lirədən də aşağı düşməsinin ardından bu gün daha 1.18% ucuzlaşaraq 20.2445 lirə səviyyəsinə qədər enib. Bu Bakı vaxtı ilə saat 09.10 radələrinə olan məzənnədir. Hazırda ABŞ dolları isə bir çox valyutalar qarşısında 8 ayın minimumundadır.
Rəcəb Tayyib Ərdoğan ölkədə “yüksək faizlər, yüksək inflyasiya” deməklə 2021-ci ildən faizləri endirib, nəticədə lirənin məzənnəsi tarixi minimumları yeniləyib.
Lirə ilin əvvəlindən bəri 8%-dən çox dəyər itirib və ölkədə inflyasiya 80% üzərində davam edib. Hazırda isə 50% ətrafında dəyişməkdədir.
“İqtisadi siyasətində U-dönüşü olmadıqca, kəskin valyuta böhranı riski yaranır”- deyə, Danske Bankın baş analitiki Minna Kuusisto “Reuters”ə deyib.
2021-ci ildə baş verən valyuta böhranından sonra Türkiyə rəsmiləri valyuta bazarlarında getdikcə daha praktik rol aldılar. Xarici valyuta və qızıl ehtiyatları azalarkən gündəlik hərəkətlər qeyri-təbii şəkildə az oldu.
Analitiklər hesab edir ki, Türkiyəni satan əcnəbilərdən daha çox Türkiyəni tərk etməyə çalışan kapital səbəbindən valyuta üzrə böhran yaranıb.
Bu arada, seçki qeyri-müəyyənliyinin artıq sona çatdığına dair “rahatlıq” əlaməti olaraq səhmlər günü 4,10%, bank indeksi isə 2,13% bahalaşan BIST-100 indeksi ilə dəyər qazandı.
Türkiyə səhmlərinə sahib olan xarici aktiv menecerlərin payı son illərdə azalıb və bazarı hazırda əsasən yerli investorlar idarə edir.
Ölkənin dollar istiqrazları keçən həftə ən azı altı ayda ən aşağı səviyyəyə düşdü, kredit defolt svopları (CDS) isə yeddi ayın ən yüksək səviyyəsinə yüksəldi.