13 C
Baku
Friday, November 22, 2024

Türk lirəsi antirekordunu yenilədi: USD/TRY 34.00 səviyyəsini ötüb

Foreks beynəlxalq bazarında (FXCM) dollar/lirə (USD/TRY) cütlüyü ilk dəfə olaraq 34 lirəni keçdi.

Banker.az-ın “İnvestisiya” bölməsi xəbər verir ki, bununla da son 12 ay ərzində lirə ABŞ valyutası qarşısında 25 faiz dəyər itirmiş olub. Bakı vaxtı ilə 12:06 radələrində 32.0004 səviyyəsinə yüksəlib.

Həftənin əvvəlində Bloomberg yazmışdı ki, Türkiyənin dövlət bankları lirənin məzənnəsini dəstəkləmək üçün dollar satmağa başlayıb, çünki Türkiyə valyutasının tədricən azalması Mərkəzi Bankın faiz dərəcəsi ilə bağlı iclası ərəfəsində davam edirdi. Nəşrin məlumatına görə, dövlət bankları yalnız bazar ertəsi, 19 avqustda, daxili tələbatı ödəmək üçün 500 milyon dollar valyutasını satıblar.

20 avqustda keçirilən iclasda Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini beşinci dəfə ardıcıl olaraq illik 50% səviyyəsində saxladı. Pul kredit faiz dəhlizi son 20 ilin maksimum səviyyəsindədir.

Tənzimləyici qurum TCMB-nin planlarına əsasən, ilin sonuna qədər inflyasiyanı 38%-ə, 2025-ci ilin sonuna qədər isə 14%-ə endirmək nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər