19 C
Baku
Sunday, May 5, 2024

Türk lirəsi dollara qarşı rekord həddə düşüb

Türk lirəsi dollara qarşı rekord həddə düşüb. Beynəlxalq “Forex” bazarındakı onlayn ticarət məlumatlarına əsasən, mayın 23-də səhər saatlarında dolların dəyəri 20.3 lirəni keçib. Bakı vaxtı ilə saat 13:20-yə olan məlumata görə, lirə dollara qarşı 6.5% ucuzlaşaraq ABŞ valyutasının 1 vahidi üçün 19.85-ə enib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Lirənin ucuzlaşması Türkiyədə qarşıdan gələn prezident seçkilərinin ikinci turu fonunda baş verir. “Reuters” qeyd edir ki, maliyyə bazarları “qeyri-adi” pul siyasətini davam etdirəcək Rəcəb Tayyib Ərdoğanın qələbəsinə hazırlaşır.

Birinci turun nəticələrinə görə, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 49.52 faiz, onun əsas rəqibi, müxalifətin namizədi Kamal Kılıçdaroğlu isə 44.88 faiz səs toplayıb. Mayın 28-də Türkiyədə seçkilərin ikinci turu keçiriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər