8 C
Baku
Thursday, March 28, 2024

Türk lirəsi həftəyə güclü start verir – dollara qarşı bahalaşdı

BANKER.AZ, Bakı vaxtı 12:10 — Türkiyədə iqtisadiyyatdakı böyümə xəbərindən sonra milli valyuta inamlı addımlarla irəlilədi. Xarici ticarət tərəfdaşlarının valyutalarına – əsasən də dollar və avroya qarşı möhkəmlənib.

Banker.az xəbər verir ki, dollar/TL (USD/TRY) valyuta cütlüyünün məzənnəsi həftənin ilk iş gününə 11 kuruş, yaxud 1.52% azalma ilə 7.3119 səviyyəsinə düşüb. EUR/TRY cütlüyündə isə 14 kuruş, yaxud 1.51% azalma ilə 8.8338 səviyyəsində olub.

Türkiyə Statistika İdarəsi (TÜİK) açıqlayıb ki, 2020-ci ildə Türkiyədə istehsal olunmuş ümumi daxili məhsulun dəyəri 2019-cu illə müqayisədə 1.8% çox olub.

Açıqlanan sənəddə digər vacib və müsbət göstərici investisiya qoyuluşu ilə bağlıdır. Ötən il Türkiyə iqtisadiyyatına qoyulmuş investisiyaların məbləği əvvəlki ilə nisbətən 6.5% çox olmuşdur.

Bildirək ki, Türk lirəsinin bahalaşmasında digər önəmli faktorlar Türkiyə Mərkəzi Bankı və dolların 6 əsas valyuta səbətinə qarşı son saatlarda zəifləməsidir.

Məsələn, TCMB son qərarından sonra sərt monetar siyasətinə davam etməklə, uçot faiz dərəcəsini 17%-də saxlamaqda israrlıdır, baxmayaraq ki, bu ölkə iqtisadiyyatı üçün bir qədər narahatlıq yaratmaqdadır.

Buna baxmayaraq bəzi analitiklər hələ də dollar/lirə valyuta cütlüyünün 7.6400 səviyyəsinə qədər artımını istisna etmir.

Son xəbərlər
Digər xəbərlər