Türkiyə valyutası yenidən tarixi minimum yeniləməkdə davam edir.
Banker.az xəbər verir ki, dollar/lirə cütlüyünün məzənnəsi 0.2% artaraq 30.964 lirə məzənnəsinə yüksəlib.
Dollara qarşı məzənnə son bir ildə 18.82 lirədən 30.00 lirə səviyyəsinə qədər yüksəlib.
Avro/lirə cütlüyünün məzənnəsi isə 33.4933-ə yüksəlib.
Türkiyə Mərkəzi Bankı hazırda ölkədə ikirəqəmli inflyasiyanı boğmaq üçün yüksək uçot faiz dərəcəsi siyasətindən istifadə edir. Ötən ilin yayında 8.5 faiz olan bir həftəlik uçot faiz dərəcəsi 2023-cü ilin fevralına qədər 45.0% səviyyəsinə qaldırılıb.
Hazırda əsas iqtisadiyyatlarda Argentinadan sonra ən sərt monetar siyasətə əl atan mərkəzi bankdır.