9 C
Baku
Friday, December 13, 2024

Türk lirəsi üçün yeni proqnoz

Türkiyə Mərkəzi Bankının (TCMB) sentyabrın 13-də keçiriləcək iclasında faiz dərəcəsinin 425 bənd artırılacağı gözlənilir.

Bu barədə “Morgan Stanley” proqnoz verib.

Quruma görə, Mərkəzi Bank həftəlik repo faizini 22 faiz səviyyəsinə qaldıracaq.

“Morgan Stanley” dollar/lirə məzənnəsinin 6.40 səviyyələrində dəyişməz qalacağını, inflyasiyanın dekabr ayında 20.7 faizlə rekord qıracağını açıqlayıb.

Nəzərə çatdıraq ki, hazırda Türkiyədə Mərkəz Bankının gözlənilən iclası bazarların əsas gündəmi hesab edilir.

Rəylərə görə, Mərkəzi Bankın qərarından sonra dollar lirəyə nisbətdə 6,30 lirəyə düşəcək.

O da bildirilir ki, Mərkəzi Bankın faiz artımı yetərsiz olarsa, dolların lirəyə nisbətdə məzənnəsi 6,50 lirə səviyyəsində olacaq. Hətta dolların 7 lirəyə doğru istiqamət alacağı qeyd olunur.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər