23 C
Baku
Tuesday, April 23, 2024

Türk lirəsi ucuzlaşan dollara qarşı ucuzlaşır – USD/TRY 13-ü ötür

Türk lirəsi ucuzlaşan dollara qarşı ucuzlaşır.

Qlobal miqyasda koronavirusun yeni variantının yayılması dollar əsas 6 valyuta qarşısında xeyli mövqe itkisi ilə üzləşib.

Dollar/lirə cütlüyünün məzənnəsi bu gün 31 kuruş, yaxud 2.39 faiz artımla 13.1221 səviyyəsinə yüksəlib.

Qeyd edək ki, sonuncu dəfə 23 noyabr tarixində 1 dollar 13 lirə səviyyəsini ötmüşdü və sonradan yenidən 12.82 səviyyələrinə qədər geriləmişdi.

ABŞ dolları əsas valyutalar qarşısında 0.68 bənd düşməklə 95.655 səviyyəsinə düşüb.  Noyabr ayının 19-dan bu tərəfə ilk dəfə 96 bənddən aşağı düşüb.

ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 1.42% təşkil etmişdir. Türkiyədə isə 10 illik istiqrazların gəlirliliyi 21.2% olub.

Həmçinin, “Goldman Sachs” Türkiyənin iqtisadiyyatının 2021-ci il üzrə proqnozunu 9.5%-dən 10.5%-ə yüksəltmiş, 2022-ci il üzrə isə 4%-dən 3.5%-ə qədər azaldıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər