BANKER.AZ – Türk lirəsinin əsas ticarət tərəfdaşları qarşısında ortalama dəyərini göstərən real effektiv məzənnəsi (REM) noyabr ayında tarixi anti-rekordu ilə 60.52 bəndə qədər azalmışdır.
Noyabr ayında siyasi və kadr dəyişmələri ilə minimal səviyyədən yüksəlişə keçən TL valyutalar qarşısında 20% dəyər qazanıb və TL-nin real effektiv məzənnəsi son aylarda toparlanmağı bacardı. Türkiyə Mərkəzi Bankı (TCMB) bugünkü rəqəmlərində fevral ayında lirənin indeksinin 66.08 bənddən 69.69 bəndə qədər yüksəldiyi müşahidə edilir.
Fevral üzrə göstərici isə son 11 ayın ən maksimal göstəricisidir.
2020-ci ilin martında isə 72.95 bənd təşkil edirdi.
Xatırladaq ki, Türk lirəsi noyabrda ABŞ dolları qarşısında kəskin dəyər itkisi ilə üzləşmişdi. Həmin dövrdə USD/TRY cütlüyü 8.50-lərin üzərinə qədər irəliləmişdi.