12 C
Baku
Saturday, November 23, 2024

Türk lirəsi yenidən ucuzlaşdı: belə getsə, anti-rekord yenilənməsi davam edəcək

Türkiyə lirəsi ötən həftənin cümə günü ucuzlaşmaqla “psixoloji” həddi– 1 dolların 10 lirə təşkil etməsindən sonra, ucuzlaşma yenidən davam edir.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 14:00 radələrində dollar/lirə cütlüyünün məzənnəsi 10.2073 səviyyələrinə qədər artıb.

Dünyada qiymət artımlarına reaksiya olaraq mərkəzi banklar faiz dərəcələrinə getdiyi bir zamanda Türkiyə Mərkəzi Bankı, bunun əksi, faiz dərəcəsini endirmək fikrindədir. Çünki, əksər hallarda mərkəzi banklar inflyasiyaya qarşı sərt monetar siyasətə əl atıb, faiz dərəcələrini artırırlar. Məsələn, TCMB sentyabrda uçot faiz dərəcəsini 1%, oktyabrda isə 2% bəndi azaldıb. TCMB-nin Pul Komitəsinin qərarına əsasən uçot dərəcəsi 16%-ə qədər endirib. Hazırda ölkədə  inflyasiya 20%-ə yaxındır. İqtisadiyyatları bir-birinə uzaq olsa da, məsələn Rusiyada Mərkəzi Bank faiz dərəcəsini 0.75% bəndi artırmaqla 7.5%-ə qaldırmışır.

Hazırda ölkədə güclü valyuta axının olmaması və bu ay da mümkün görünən faiz endirimi lirənin dəyərdən bir qədər də düşməsinə əsas səbəb kimi qalmaqdadır.

Bloomberg-in keçirdiyi sorğuya görə, TCMB-nin Pul komitəsinin bu həftə planlanan yığıncağında faiz endirimlərinə davam edərək, uçot dərəcəsini 1 faiz bəndi də aşağı salacağı gözlənilir.

Bundan əlavə, Türkiyədə hökumət və şirkətlər ilin sonuna qədər 13 milyard dollarlıq xarici borcu qaytarmalıdır. Bunun yarıdan çoxu –  8 milyard dolları təkcə noyabrın payına düşür.

1200x 1

Hazırda lirə üzərində böyük təzyiq olduğu bir vaxta, bu həcmdə ödənişlər də daxili bazarda xarici valyutaya olan tələbi böyüdür. Bloomberg agentliyi isə böyük həcmdə xarici maliyələşməyə əsaslanan iqtisadiyyat üçün, aqressiv faiz endirilməsini risk sayır. TCMB-nin faiz endirimə getməsi təkcə 2021-ci ildə lirənin 25% devalvasiyasına səbəb olacaq.

Qeyd edək ki, ötən il USD/TRY məzənnəsi kəskin artımına reaksiya olaraq TCMB sərt pul siyasətinə əl atmışdı və nəticədə uçot faiz dərəcəsini 19%-lərə qədər yüksəltmişdilər, həmin zaman lirə “özünə gələ” bilmişdi. Sonradan ölkədə tədiyyə balansında yaranan kəsir ölkənin faizlərin yumşaldılmasına məcbur etdi.

Son xəbərlər
Digər xəbərlər