12 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Türkiyə Mərkəzi Bankının qərarı ardından 1 dollar 10 lirəyə yaxınlaşır – REKORD

Türkiyədə gözlənildiyi kimi Mərkəzi Bank faiz dərəcəsini endirdi. Çünki, TCMB-nin Pul komitəsində yer alan üç şəxsin faiz dərəcəsinin indiki zamanda endirilməsinin əleyhinə idilər.

Beləliklə, TCMB-nin Pul Komitəsinin qərarına əsasən uçot dərəcəsini 18%-dən 16%-ə qədər endirib. Bu azaldılma ardından isə lirə gözlənildiyi kimi kəskin şəkildə anti-rekord yeniləməkdədir. USD/TRY cütlüyünün məzənnəsi artıq 23 kuruş, yaxud 2.54% ucuzlaşmaqla 9.4438 səviyyəsinə “sıçradı”.

Türkiyə Mərkəzi Bankı ötən ilin sonlarında məzənnənin kəskin ucuzlaşmasının qarşısını almaq məqsədi ilə sərt monetar siyasətə keçmişdi. Faiz dərəcəsini 19%-ə qədər yüksəltmişdi ki, bu da lirənin məzənnəsi cari ilin əvvəlində ötən ilin sentyabrındakı məzənnədən daha az düşməsini dəstəkləmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Banka faizi aşağı salmağa çağırırdı. O, yüksək faizin Türkiyəyə yüksək inflyasiyanı gətirəcəyini demişdi.

Prezident Əroğdan bununla iqtisadiyyatın 7%-in üzərində artmasına nail olacağını bildirib. O həmçinin bundan sonra “inflyasiyanın daha yuxarı çıxması mümkün deyil” deyə bildirmişdi.

Son xəbərlər
Oxşar xəbərlər
X