-1 C
Baku
Saturday, December 14, 2024

Türk şirkəti Afrikada $2 milyardlıq layihə alıb

Türkiyənin inşaat şirkəti “Yapı Merkezi”nin Tanzaniya ilə təqribən $2 milyardlıq dəmir yolu layihəsinə imza atdığı açıqlanıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, imza mərasimində Tanzaniya Prezidenti Samia Suluhu Hassan ilə “Yapı Merkezi”nin rəhbərinin köməkçisi Ərdəm Arıoğlu iştirak ediblər.Tanzaniyanın Dar-es-Salam şəhərindəki türk səfiri Mehmet Güllüoğlu Twitterdə verdiyi açıqlamada belə bildirib: “Bu gün “Yapı Merkezi” şirkətimiz Tanzaniyada 1-ci və 2-ci etaplarının inşaatına davam ettiyi Sürətli Qatar Yolu (SGR) layihəsinin 3-cü etapının da inşası üçün Tanzaniya Dəmiryolları İdarəsi ile razılaşma imzaladı.”

İmza mərasimində Baş nazir, nəqliyyat naziri və bir çox nazirin də iştirak etdiyini paylaşan səfir Güllüoğlu layihənin tamamlanması ilə Dar-es-Salam ilə Mvanza arasındakı bir çox şəhərə qatar ilə gediləbiləcəyini bildirib.

364 kilometr uzunluğundakı dəmir yolu təqribən $2 milyarda başa gələcək.

Layihə çərçivəsində təxminən 2 mini Türkiyə vətəndaşı olmaqla, 14 mindən çox işçi cəlb olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər