Bu ayın sonunda Türk Şurası ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada qazaxıstanlı həmkarı Muxtar Tiluaberdi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Martın 31-də Qazaxıstanın Astana şəhərində Türk Şurası ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq. Bu ilin sonunda isə Türkiyədə Türk Şurasının rəsmi zirvə görüşükeçiriləcək.
Bu zirvə görüşündə təşkilatın 2040-cı ilədək olan baxış sənədi təqdim olunacaq”, – deyə Türkiyə XİN başçısı bildirib.