13 C
Baku
Saturday, November 16, 2024

Türkdilli Dövlətlərin Rəqabət Şurası yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv türkdilli dövlətlərin rəqabət qurumlarının iclasına qatılmaq məqsədilə Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, tədbirdə Türkiyə Respublikasının Ticarət Nazirliyi, Türkiyə Rəqabət Qurumu, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikalarının rəqabət orqanlarının nümayəndələri iştirak ediblər. 

Tədbirdə Türkiyənin ticarət naziri Ömər Bolat, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle və digər rəsmilər çıxış edib. İclas türkdilli dövlətlərin rəqabət qurumlarının təqdimatları və əməkdaşlıq layihələrinin müzakirəsi ilə davam etdirilib.

İclasın sonunda rəqabət qurumlarının rəhbərləri tərəfindən “Türkdilli Dövlətlərin Rəqabət Şurası”nın təsis edilməsinə dair sənəd imzalanıb və eyniadlı Şuranın yaradılması elan edilib. Bundan əlavə, tərəflər Türkdilli Dövlətlərin Rəqabət Şurası çərçivəsində Şuşa şəhərində Rəqabət Forumunun keçirilməsinə dair razılığa gəliblər.

1 10 3 2 4 1

Son xəbərlər
Digər xəbərlər