2 C
Baku
Sunday, December 15, 2024

“Turkey” yox “Türkiye” – Türkiyə beynəlxalq aləmdə “Türkiye” etiketindən başqa etiket istəmir

Beynəlxalq platformalarda “Turkey” yerinə “Türkiye” ifadəsinin istifadə edilməsinə kiçik sahibkarlar də təşviq ediləcək. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə kimi beynəlxalq etibarlılığı olan rəsmi sənədlərdəki “Turkey” ifadəsinin “Türkiye” ilə dəyişdirilməsi ilə bağlı Prezident Administrasiyasının yazısına görə, “Turkey”, “Turkei”, “Turquie” yerinə “Türkiye” ifadəsinin istifadəsi mövzusunda sosial şəbəkə provayderləri ilə əlaqə saxlanılıb. “Türkiye” markasınn gücləndirilməsi üçün təşkil olunan “Hello Türkiye” kampaniyasının ikinci qolu isə “Say Türkiye” (Türkiyə de) ilə həyata keçiriləcək.
Ötən ilin sonunda dərc edilən Prezident Administrasiyası yazısı ilə xarici dövlətlər və beynəlxalq qurumlarla rəsmi əlaqələr ilə hər cür fəaliyyət və yazışmalarda “Turkey”, “Turkei”, “Turquie” və s. ifadələri əvəzinə “Türkiye” ifadəsinin istifadəsi qərara alınıb.

Beynəlxalq platformalarda “Türkiye” ifadəsinin yayılmasına yönəlmiş tənzimləmə çərçivəsində kiçik sahibkarlara da tövsiyələr edilib. Prezident Administrasiyası Kommunikasiya şöbəsindən Türkiyə Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyasına göndərilən müraciətdə beynəlxalq qurumlarla yazışmalarda “Turkey”, “Turkei”, “Turquie” kimi ifadələr yerinə “Türkiye”nin istifadə olunması istənilir, beynəlxalq arenada Türkiyə markasının gücləndirilməsinin lazım olduğu ifadə edilir. Yazıda şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və beynəlxalq etibarllığı olan rəsmi sənədlərin də “Turkey” yerinə “Türkiye” ifadəsi ilə yenidən işlənməsinin gözlənildiyi bildirilib. Yazıya əsasən, “Türkiye” istifadəsinin mənimsənməsi və yayılması məqsədilə bütün dövlət qurumlarının diqqət edəcəyi bəzi məqamlar belə olacaq:

  • Xarici dillərdəki dövlət veb saytlarının və sosial media hesablarının qurum adı bölümləri “Turkey” yerinə “Türkiye” olaraq yenilənəcək;
  • Brauzer nişanında yer alan xarici dillərdəki ve sayt başlıqları “Turkey” yerinə “Türkiye” olaraq dəyişdiriləcək;
  • Dövlət orqanları veb saytlarında və rəsmi sosial media hesablarında paylaşımlarında “Turkey” yerinə “Türkiye” ifadəsini istifadə etməyə diqqət yetirəcək.

Yazıda “Türkiye” markasının gücləndirilməsi və xarici dillərdə istifadəsinin yayılması məqsədilə Rabitə Nazirliyinin himayəsində sosial media vasitəsilə “Hello Türkiye” kampaniyasının təşkil olunduğu bildirilərək aşağıdakılar qeyd olunub:

“Ana dili ingilis dili olan və ya ikinci xarici dil kimi ingilis dilini istifadə edən ölkələrin vətəndaşlarnn hədəf kütlə olaraq müəyyən edildiyi bu kampaniyaya bir çox ictimai qurum və sosial media istifadəçisindən də dəstək gəlib. Türkiye-nin bir marka olaraq mənimsənməsindən sonra istifadəsinin yayılmasını məqsədilə istifadə ediləcək “Say Türkiye” şüarı kampaniyanın ikinci qolunu təşkil edir.”

“Türkiye” markasının rəqəmsal media platformalarında interfeys, tərcümə sistemləri, şəffaflıq hesabatları və üzvlüyə qeydiyyat formlarında istifadəsi üçün də işlərin davam etdiyi bildirilən yazıda “Rəsmi və dövlətə bağlı sosial media hesablarına məxsus etiket tətbiqlərində “Turkey”, “Turkei”, “Turquie” yerinə “Türkiye” ifadəsinin istifadəsi mövzusunda sosial şəbəkə provayderləri ilə təmaslar qurulub” -deyə, qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər