10 C
Baku
Friday, March 6, 2026

“Turkish Airlines” İrana uçuşları 20 martadək ləğv edib

“Turkish Airlines” İrana uçuşları 20 martadək ləğv edib, “Pegasus Airlines” isə İrana reysləri 12 martadək dayandırıb, digər aviaşirkətlər də ən azı 9 martadək uçuşları həyata keçirməyəcək. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazir “X” sosial şəbəkəsində yazıb ki, hazırda “Turkish Airlines”, “AJet”, “Pegasus” və “SunExpress” tərəfindən həyata keçirilən İran, İraq, Suriya, Livanİordaniya istiqamətində uçuşlar 9 mart gününün sonunadək dayandırılıb.

Bundan əlavə, “Pegasus Airlines” İrana uçuşları 12 martadək, “Turkish Airlines” isə 20 martadək cədvəlindən çıxarıb.

Uraloğlu həmçinin bildirib ki, hazırda İran, İsrail, İraq, Qətər, Bəhreyn, KüveytSuriya üzərində hava məkanı bağlı olaraq qalır.

Onun sözlərinə görə, Oman, İordaniyaSəudiyyə Ərəbistanı üzərində qismən uçuşlar davam edir, Birləşmiş Ərəb Əmirliklərində isə hava hərəkəti nəzarətli və məhdud rejimdə həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər