18 C
Baku
Thursday, April 18, 2024

“Turkish Airlines” Ukraynaya bütün uçuşları ləğv edib

“Turkish Airlines” Ukraynaya olan bütün uçuşları ləğv edib

Banker.az xəbər verir ki, “Turkish Airlines” (“Türk Hava Yolları”) Ukraynaya olan bütün reysləri ləğv edib, bu barədə şirkətin baş direktoru Bilal Ekşi məlumat verib.

“Ukrayna hava məkanının bağlanması ilə əlaqədar bu gün Ukraynaya bütün uçuşlarımız ləğv edilib”, – deyə Ekşi söyləyib.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Donbasda hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb. Televiziya ilə ruslara müraciətində o, yaranmış vəziyyətdə “Donbas respublikalarının yardım xahişi ilə Rusiyaya üz tutduğunu” bildirib. Putin Ukrayna hərbiçilərini Ukrayna hakimiyyətinin cinayətkar əmrlərinə tabe olmamağa, silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər