9 C
Baku
Friday, December 13, 2024

Türkiyə BƏƏ ilə $4.7 mlrd.-lıq svop sazişi imzaladı – Bu anlaşma Azərbaycanla da mümkündür

Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi bankları 18 milyard dirhəm və 64 milyard lirəlik ($4.7 milyard) valyuta mübadiləsi (swap, yaxud svop) sazişi imzalayıblar.

Bu barədə Banker.az Türkiyə Mərəzi Bankının (TCMB) həftənin çərşənbə günü üzrə açıqlamasında deyilir.

“İki ölkə arasında maliyyə əməkdaşlığını daha da gücləndirmək məqsədi ilə ikitərəfli ticarəti yüksəltmək üçün nəzərdə tutulan saziş qarşılıqlı razılaşma yolu ilə uzadılması imkanı olmaqla üç il müddətinə qüvvədə olacaq”- deyə, TCMB-nin açıqlamasında deyilir.

BƏƏ mərkəzi bank sədri Xaled Mohamed Balama və TCMB-nin rəhbəei Şahab Kavıcıoğlu bu sənədi imzalayıblar.

Svopun hərfi mənada tərcüməsi “mübadilə, dəyişmək” mənalarını ifadə edir. Maliyyə bazarlarında isə SVOP: İki tərəfin məlum zaman kəsiyində bir varlıq yaxud da öhdəliyə əsasən müxtəlif faiz ödəmələrini və ya valyuta növünü qarşılıqlı olaraq dəyişdirdikləri bir mübadilə anlaşmasıdır.

Qeyd edək ki, bundan öncə Türkiyə Qətərlə 15 mlrd. dollarlıq valyuta mübadiləsi anlaşması imzalamışdı.

Ötən ay TCMB rəhbəri bildirmişdi ki, 2 həftə ərzində iki ölkə ilə valyuta svopu haqqında saziş bağlaya bilər. Həmin siyahıda BƏƏ və Azərbaycanı nəzərdə tutmuşdu.

Son xəbərlər
Digər xəbərlər