10 C
Baku
Friday, October 25, 2024

Türkiyə BMT ilə birlikdə Rusiya gübrəsinin dünyaya çatdırılmasına çalışır

“İstanbuldakı “taxıl sazişi” ilə qlobal qida böhranının qarşısını aldıq”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, indi də BMT ilə birlikdə Rusiya gübrəsinin dünyaya çatdırılmasına çalışırlar: “Dünyadakı gübrə tədarükünün 70 faizini Rusiya ödəyir. Ona görə də bu, mühüm məsələdir”.

XİN başçısının sözlərinə görə, rəsmi Ankaranın BMT ilə ortaq işləri davam edir: “Belə durumda balanslı siyasət yeritmək asan deyil. Çünki təsirlər, təzyiqlər var”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər