24 C
Baku
Thursday, July 18, 2024

Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsi qərarını verdi

Türkiyə Mərkəzi Bankı uçot (1 həftəlik repo) faiz dərəcəsini 9.00%-də sabit saxladı.

Banker.az bu barədə TCMB-nin rəsmi internet səhifəsinə istinad edir. Faiz dəhlizinin aşağı həddi – gecəlik borclanma faizini 7.50%-də və yuxarı həddi – gecəlik borcvermə faizini 10.50%-də müəyyən edib.

TCMB sonuncu dəfə 25 noyabrda uçot faiz dərəcəsini 10.5%-dən 9.00%-ə endirməklə, elan etmişdi ki, artıq bundan sonra faiz endirimlərində bir qədər fasilə edəcək.

Mərkəzi Bank inflyasiyanı 5%-ə qədər endirənə qədər pul siyasətində hər vasitələrə əl atacağını bildirir.

Türkiyədə istehlak qiymətləri indeksi noyabrda 84.39% təşkil edib. Bu öncəki ayda 85.51% təşkil edirdi və kifayət qədər yuxarı rəqəmdir.

Mərkəzi Bank bildirir ki, açıqlanan qabaqcıl məlumatlara görə inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında resessiya ilə bağlı narahatlıqların davam edən geosiyasi risklərin və faiz artımlarının təsiri ilə davam etməsi diqqətlə izlənilir.

“Türkiyənin inkişaf etdirdiyi strateji həll vasitələri sayəsində bəzi sektorlarda, xüsusən də əsas qidada təklif məhdudiyyətlərinin mənfi təsirləri azalsa da, istehsalçı və istehlakçı inflyasiyası beynəlxalq miqyasda yüksək olaraq davam edir.

Yüksək qlobal inflyasiyanın inflyasiya gözləntilərinə və beynəlxalq maliyyə bazarlarına təsiri yaxından izlənilir”- deyə, Mərkəzi Bank bildirir.

Son xəbərlər
Digər xəbərlər