9 C
Baku
Friday, December 27, 2024

Türkiyə səhm bazarı tarixi maksimuma yüksəlib

Türkiyənin 100 ən iri şirkətinin vəziyyətini nəzərə alan “Borsa Istanbul 100” indeksi bazar ertəsi, aprelin 29-da yeni tarixi maksimumuna – 10 000 bəndə çatıb.

Bunu İstanbul Fond Birjasının yerli vaxtla saat 13.00-a olan vəziyyətə görə məlumatları təsdiqləyir.

Türkiyənin etalon indeksi – “Borsa Istanbul 100” cümə günü son ticarət sessiyasının bağlanışı ilə müqayisədə 0.77 faiz artıb.

Bununla yanaşı, bank sektoru indeksi 0.75 faiz, holdinqlərin indeksi isə 0.90 faiz yüksəlib.

Türkiyə iqtisadiyyatının ən gəlirli sahələrindən biri 1.78 faiz bahalaşan tekstil şirkətlərinin aksiyaları olub.

İndeksin azaldığının müşahidə edildiyi yeganə sahə idman olub.

“Borsa Istanbul 100” indeksi son il ərzində bütövlükdə 108 faiz artıb ki, bu da iqtisadiyyatın artım indikatorunu və investorlar tərəfindən Türkiyəyə etibarın yüksəlməsini göstərir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər