8 C
Baku
Sunday, January 29, 2023

Türkiyə taxıl daşıyacaq gəmiləri yoxlayacaq

Qara dənizdən Ukrayna taxılını daşıyacaq gəmilərin yoxlanılması Türkiyə hakimiyyəti tərəfindən Birgə Koordinasiya Komitəsinin dəstəyi ilə həyata keçiriləcək.

Bu barədə mətbuat konfransı zamanı BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“Baş katib (Antonio Quterres) iyulun 22-də əldə olunan razılaşmaya əsasən, Birgə Koordinasiya Komitəsinin dəstəyi ilə gəmi yoxlamalarının Türkiyə tərəfi tərəfindən aparılacağını, ukraynalıların isə Qara dənizdən təhlükəsiz keçidini təmin edəcəyini açıqlayıb”, – deyə F.Haq qeyd edib.

Onun sözlərinə görə, gəmilər Ukrayna limanlarına gedərkən və geri qayıdarkən silah-sursatların olub-olmaması ilə bağlı yoxlanılacaq:

“Taxıl daşınmasının izlənməsi ilə məşğul olan Birgə Koordinasiya Mərkəzi İstanbulda Milli Müdafiə Universitetinin binasında yerləşir və 4 şöbədən ibarətdir: Türkiyə, Rusiya, Ukrayna və BMT. Ümid edirik ki, Birgə Koordinasiya Komitəsinin sədri tezliklə açıqlanacaq”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər
X